You are here: 
Münzen ges

Qubada dini icmaların nümayəndələri üçün təlim keçirilib

Release Date:
Cari ilin 21 avqust tarixində Quba şəhərində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorçuluğun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu” mövzusunda silsilə təlimlərdən növbətisi keçirilib.
 
Təlimdə Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı Rəfail Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini məsələlər şöbəsinin müdiri Cahandar Əlifzadə, şöbənin əməkdaşı Aslan Sultanov, , bölgədəki rayonların İcra Hakimiyyətlərinin nümayəndələri, Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının dini icma sədrləri iştirak edib.
 
Eyni zamanda, təlim iştirakçılarına “Hədəfli maliyyə sanksiyalarının tətbiqinə dair Təlimat” və yeni hesabat nümunəsi təqdim edilib.
 
Təlimin sonunda iştirakçıları maraqlandırlan suallar cavablandırılıb.
 
Qeyd edək ki, təlimdə ümumilikdə 60 nəfər iştirak edib.
 
 
Previus news:
Next news: