Notariusların aşağıdakı vəzifələri mövcuddur:
müştərinin eyniləşdirilməsi və verifikasiyası;
benefisiar mülkiyyətçinin müəyyən edilməsi;
işgüzar münasibətlərin məqsədi və mahiyyəti barədə məlumatın müştəridən əldə edilməsi və həmin məlumatların mütəmadi qaydada yenilənməsi;
hüquqi şəxs olan müştərinin fəaliyyətinin xarakterini, nəzarət və idarəetmə strukturunun müəyyən edilməsi;
müştəri profilinin yaradılması;
yüksək riskli əməliyyatlara dair gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi;
Qanun qüvvəyə minənədək yaranmış və Qanunun qüvvəyə mindiyi gündən sonra davam edən işgüzar münasibətlər üzrə müştəri uyğunluğu tədbirlərin tətbiq edilməsi;
müştərinin və ya benefisiarın siyasi nüfuzlu şəxsə aid olduğunun müəyyən edilməsinə dair tədbirlərin görülməsi;
bütün mürəkkəb, qeyri-adi olaraq iri həcmli, habelə açıq aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların təyinatının və mahiyyətinin aydınlaşdırılması, bununla əlaqədar yazılı hesabatın tərtib olunması;
yeni texnologiyaların tətbiqindən əvvəl onların təhlükəsiz tətbiq edilməsi üçün tədbirlərin görülməsi və yeni texnologiyaların tətbiqinin risk qiymətləndirilməsi mexanizminə malik olması;
müvafiq sənədlərin ən azı beş il müddətində saxlanılması;
daxili nəzarət proqramlarının hazırlanması və tətbiqi;
aşağıdakı əməliyyatlara və hallara dair məlumatların maliyyə monitorinqi orqanına təqdim edilməsi:
- məbləğindən asılı olmayaraq, əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların mövcud olması;
- məbləğindən asılı olmayaraq, xarici dövlətlərin siyasi nüfuzlu şəxslərin, onların yaxın qohumlarının və ya yaxın münasibətdə olduğu şəxslərin əməliyyatları;
- “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumların aktivləri ilə əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər;
- Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank hesabları üzrə əməliyyatlar;
- müştəri uyğunluğu tədbirlərin tətbiqi mümkün olmaması halları barədə;
maliyyə monitorinqi orqanına təqdim edilmiş məlumatların və sənədlərin məxfi və konfidensial saxlanılması;
maliyyə monitorinqi orqanının müvafiq sorğusuna əsasən əlavə məlumatların təqdim edilməsi.